Çili Prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb

  • By ilhame
  • 10 Dekabr 2023 09:01

Çili Prezidenti Qabriel Boric ABŞ-nin Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb.

“BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, – paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

Gununsesi.info