Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

  • By ilhame
  • 24 Dekabr 2023 09:53

Çili sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

 

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Gununsesi.info