Çilidə 6,9 bal gücündə zəlzələ baş verib

  • By admin
  • 25 Aprel 2017 10:55

zelzele

Cənubi Amerika ölkəsi Çilidə Rixter şakalsı üzrə 6,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzi zəlzələnin Çilinin liman şəhəri Valparaisonda qeydə alıdığı barədə məlumat yayıb.

Belə ki, zəlzələ yerin 25 km dərinliyində meydana gəlib.

Zəlzələ Valparaisondan102 kilometr uzaqlıqda, paytaxt Santiaqoda da hiss olunub. Nəticədə sunamı təhlükəsi elan olunub.Təhlükə ilə əlaqədar ölkə rəhbərliyi sahilyanı rayonların köçürülməsi barədə göstəriş verib. Lakın qısa müddətdən sonra sunamı təhlükəsi ləğv edilib.

Qeyd edək ki, hazırda dağıntı və insan tələfatı barədə məlumat verilmir.

Anar

Gununsesi.info