Çilidə ağır yol qəzası baş verib - 11 ÖLÜ

  • By admin
  • 26 Noyabr 2017 20:10

Gununsesi.info xəbər verir ki, Çilidə avtobus qəzaya uğrayıb, ən azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəza ötən gecə Araukaniya vilayətində Viktoriya və Karakautin şəhərləri arasında, paytaxt Santyaqodan 600 km uzaqlıqda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Çili prezidenti Mişel Baçelet “Twitter” sosial şəbəkəsindəki səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.

Gununsesi.info