Çilidə güclü zəlzələ olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi 6,3 bal gücündə olub.
Zəlzələ yerin 34 km. dərinliyində baş verib. Bu barədə Çili Milli Seysmologiya Mərkəzi bildirir.
Zəlzələnin episentri Elqui bölgəsindəki Tonqoy sahil qəsəbəsi olub.
Dövlət yetkililəri şiddətli zəlzələ zamanı can və mal itkisinin yaşanmadığını bildiriblər.
Dünyada seysmik hərəkətlərin ən çox görüldüyü ölkələrdən biri olan Çili “Atəş Dairəsi” olaraq bilinən Pasifik Zəlzələ Qurşağında yerləşir.
Ölkədə 2010-cu ildə yaşanan 8,8 bal gücündəki zəlzələ özü ilə birlikdə gətirdiyi sunami səbəbi ilə 500-dən çox adam ölmüşdü.
Tərcümə: Arzu