Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 131-ə çatıb

  • By ilhame
  • 06 Fevral 2024 22:58

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmə tibbi ekspertiza xidməti məlumat yayıb.

 

“Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb”, – məlumatda deyilir.

 

Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.

 

Daha əvvəl 122 nəfərin öldüyü bildirilirdi.

 

Fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya ziyan görüb.

Gununsesi.info