Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
Saat 12:00-a (Bakı vaxtı ilə saat 19:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 122 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub. 32 cəsədin şəxsiyyəti müəyyən edilib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl 112 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.
Gununsesi.info