Çilidə təbii fəlakət yaşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yaşanan sel fəlakəti zamanı 2 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.
Davam edən 4 günlük faciə bir çox evlərə, ictimai və dövlət binalarına ziyan vurub.
Təbii fəlakət Maule Çayının daşması ilə gerçəkləşib. Olaydan sonra bir çox yollar nəqliyyata qapadılıb.
Tərcümə: Arzu