Çılpaq fotoları yayılan konqresmen istefa verdi - FOTOLAR

  • By admin
  • 28 Oktyabr 2019 20:36

İnternetdə çılpaq fotoları yayılan 32 yaşlı amerikalı konqresmen Keti Hill istefa verib.

Gununsesi.org-un xarici KİV-ə istinadən məlumatına görə, politoloqun həyat yoldaşı Kenni Heslepin köməkçisi Morqan Desjardinsın saçlarını darayarkən çəkilmiş qalmaqallı şəkilləri ölkə gündəminə çevrilib. Tənqidlərdən və ictimai qınaqdan sonra Keti şəkillərin ona aid olduğunu qəbul edərək istefa ərizəsini yazıb. Bu barədə o, Tvitter səhifəsində yazıb:

“Bu gün mən ürəyi sınmış halda konqresdən istefamı elan edirəm. Bu, gördüyüm ən çətin iş oldu. Belə hesab edirəm ki, qərarım seçicilərim, cəmiyyət və ölkə üçün daha yaxşı olacaq”.

Keti Morqanla münasibətinin olmasını isə israrla qəbul etməyib. O, şəkilləri yayanlar haqqında hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verib.


 

 

Gununsesi.org