Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

16 Yanvar 2018 - 15:56

Çılpaqkən gözəl görünməyin14 YOLU

Soyunduğunuzda sizi narahat edən hər nədirsə, bu, cinsi həyatınıza da mənfi təsir göstərəcək və sizi daha da məyus edəcək. Ümidsiz olmayın. Çılpaqkən gözəl görünməyin də yolları var.

Gununsesi.info həmin yolları təqdim edir.

İstini nəzarətdə saxlayın

Soyunmadan əvvəl otaq dərəcəsinin nə çox soyuq, nə də çox isti olmamasına diqqət edin. İsti olması sizi tərlədər, soyuq isə tüklərinizi biz-biz edər.

Xoş bir işıltı tapın

Makiyaj sizə özünüzü daha seksual hiss etdirə bilər, amma yataq dəstinizə bulaşmasını istəməzsiniz yəqin. Bunun üçün şık makiyajdansa, üzünüzə parlaqlıq verəcək nəmləndirici krem sürtün.

Qüsurları düzəldin

Bədəninizdəki ləkələrdən xilas olmaq üçün düzgün kosmetik vasitələrdən istifadə edin.

Düzgün işıqlandırma

Çılpaqkən yaxşı görünmək üçün otaqda yanan zəif bir işıq hər şeyi həll edəcək. Ağ işıqdansa, şam işıqlarına üstünlük verin.

İsti bir ətirdən istifadə edin

Gözəl görünmək üçün ətir də vacibdir. İsti, ədviyyatlı bir ətir həm sizə, həm partnyorunuza müsbət təsir edəcək.

Pilinq

Daha çox qış sezonunda dəriniz qurumağa, kobudlaşmağa meylli olur. Həyat yoldaşınızın toxunduğu yerlərin yumşaq olmasını istəməzsiniz? Belə sizə toxunmağa daha həvəsli olacaq. Pilinqdən sonra körpə yağı ilə dərinizi nəmləndirə bilərsiniz.

Özünüzü əzizləyin

Əlləriniz və ayaqlarınız yaxşı göründüyündə özünüzü də rahat hiss edəcəksiz. Dırnaq boyasını da diqqətdən qaçırmayın.

Yeyib içdiklərinizə diqqət edin

Ürəyiniz istəyən hər şeyi yeyib, sonra soyunduğunuzda şiş bir qarınla rahat ola bilməzsiniz.

Aksessuarlar

Çılpaq olmanız aksessuar istifadə etməniz anlamına gəlməz. Misal olaraq, dikdaban ayaqqabılar ayaqlarınızın daha uzun və seksual görünməsinə kömək edəcək.

Dalğalı saçlar

Kişilər dalğalı saçlardan xoşlanırlar. Çiyninizə tökülən dalğalı saçlar onda toxunmaq hissi oyandıracaq. Saç spreyi, yaxud lazım olmayan başqa saç məhsullarından istifadə etməyin.

İdman

Məcbur deyil, tərləyənə, ya yorulana kimi idman edəsiniz.  Adi idman hərəkətləri daha gözəl görünmənizə kömək edəcək.

Özünüzə güvənin

Son olaraq, əylənməyi unutmayın. Əgər gözəl və seksual olduğunuzu hiss etsəniz, elə də görünəcəksiniz. Özünəinam ən seksual şeydir. Gülümsəməyi unutmayın.

Gununsesi.info