Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Kubokunun ikinci raunduna yüksəldi

  • By admin
  • 06 Sentyabr 2016 17:44

cimerlik futbolu

Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci ildə təşkil olunacaq dünya kubokunun Avropa komandaları arasında seçmə mərhələsində üçüncü oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, İtaliyanın Yezolo şəhərində oynanılan qarşılaşmada rəqib Bolqarıstan yığması olub. Azərbaycan millisi 4:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurublar.

Bununla da 6 xalla “G” qrupunda ikinci yeri təmin edən millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.

Gununsesi.info