
Qısa müddət öncə “Dalje” adlı albomunun müjdəsini sosial şəbəkədən verən müğənni Əminə Sandal karyerası barədə danışıb.
Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, “Mustafa Sandalın həyat yoldaşı olaraq tanıdılmaqdan narahat olmuram. 19 yaşımdan müğənnilik edirəm. 22 yaşında Mustafanı tanıdım. O yaşda ölkəm Serbiyada böyük ad idim. Çimərlik geyimi çəkilişləri üçün həyat yoldaşımdan icazə almaram. Aktrisa olsaydım, öpüşmə səhnəm olsaydı, heç kim heçnə deyə bilməzdi. Çimərlik geyimi işi etdiyim zaman “Əminə nə ayıb oldu, həyat yoldaşından icazə aldın?” kimi şərhlər gəlir. Mənim ciddi karyeram var. Türkiyədə həyat yoldaşı olaraq Mustafanın kölgəsində qalmaq mənim seçimimdir. Onun qarşısına keçmək istəmədim, elə bir istəyim olmayıb. Türkiyədə Klark Kent, Serbiyada “Supermen” kimiyəm. Orada tamam fərqli həyatım var” deyə ifaçı danışıb.
Gununsesi.info