
Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının son günündə kişilər arasında yarışlar keçirilib.
Gununsesi.info xəbər verir ki, günün ilk matçında Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri “Bakı” komandası ilə üz-üzə gəliblər. Qarşılaşma paytaxtın eyniadlı komandasının 2:0 (20:10; 18:7) hesablı qələbəsi ilə yekunlaşıb. Kişilər arasında keçirilən son oyunda isə “Məhsul” və “Təhsil” klubları qarşılaşıblar. “Shoot-out”a qədər davam edən görüş “Məhsul” komandasının 2:1 (20:14; 15:11) hesablı üstünlüyü ilə bitib.
Bu nəticələrdən sonra keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Məhsul” həndbolçuları qızıl medallara yiyələniblər. “Bakı” klubu çempionatı ikinci yerdə bitirib. İlk üçlüyü isə “Təhsil” kollektivi tamamlayıb.
Gununsesi.info