Çimərlik mövsümü başladı

  • By admin
  • 15 İyun 2017 10:00

59422271c5f02_1cimerlik393913_497848

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bu gündən çimərlik mövsümü açıq elan edilib.

Gununsesi.info xəbər verir ki, çimərliklərin açıq elan olunması ilə bağlı ərazilərin təmizlənməsi və s. məsələlərdə hər bir rayon icra hakimiyyəti özü məsuliyyət daşıyır.

Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır.

Gununsesi.info