Çimərlikdə cinayət: 35 minlik saat OĞURLANDI

  • By admin
  • 17 Avqust 2021 14:14

Bakıda çimərlikdə oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.