Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2025 15:57

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Gununsesi.info–yaMilli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabrın 2-də şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

 

Gununsesi.info