Çimərliklərin havası açıqlandı

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 13:47

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 6-da çimərliklərdə mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26cənub çimərliklərində  (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Gununsesi.info