Hollivud ulduzu Cim Kerrinin adı yenə də qalmaqalda hallanır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyoru iki bundan əvvəl intihar edən sevgilisi Katriona Uaytsın anası Bricit Svitmen yalan danışmaqda günahlandırır.
Ana bildirir ki, qızı öldükdən sonra Cim yas üçün bütün xərcləri özü ödəcəyini bildirib. İddialara görə, Katriona evi dolandıran yeganə adam olduğu üçün o, öldükdən sonra Kerri ailəyə də maddi yardım edəcəyini söz verib. Lakin heç birini yerinə yetirməyib.
Məsələyə aktyorun vəkili Marti Sinqer açıqlama gətirərək, Bricitin yalan danışdığını, sadəcə Cimin həyat və karyerasına xələl gətirmək istədiyini vurğulayıb.
Qeyd edək ki, K.Uayts 2015-ci ilin sentyabrında dərman içərək intihar edib. 30 yaşlı vizajist işləyən qızın ölümünə səbəb Cimin ondan ayrılması olub. Katrionanın içdiyi dərmanlar isə aktyora məxsus imiş.
Xatırladaq ki, Uaytsın ölümündən sonra anası Bricit Svitmen məhkəməyə müraciət edərək qızının ölümündə Cim Kerrini ittiham etmişdi. Onun sözlərinə görə, dəri-zöhrəvi xəstəliyinə tutulan Cim bunu Katrionadan gizlətmiş, lakin daha sonra xəstəliyində Katrionanı günahlandırmış, onu əxlaqsız adlandırmışdı. Məhz bu ittiham qızın intiharına
səbəb olub. Üstəlik, Uayts bunu Cimin dərmanları ilə edib.
İttihamlarla bağlı analizləri ictimaiyyətdən gizlədən və məhkəməyə təqdim etməyən Kerri isə dərmanlarının Katriona tərəfindən oğurlandığını bildirib. Bricit bununla razılaşmayaraq yenidən məhkəməyə müraciət edib.
Gununsesi.info