
“Cimbom” uzun müddətdir danışıqlar apardığı Fernando Fransisko Reqesi heyətinə qatıb.
Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu müqavilə imzalamaq üçün İstanbula hərəkət edib.
30 yaşlı futbolçunun transferi üçün Maçester Siti”yə 5,25 milyon avro ödənilib. Fernando ilə 3+1 illik müqavilə imzalanacağı və illik 2,6 milyon avro maaş veriləcəyi bildirilir.
Qeyd edək ki, “Mançester Siti” Fernandonu 2014-cü ildə 15 milyon avroya “Porto”dan almışdı.
Gununsesi.info