Çin ərəb ölkələri ilə əlaqələrini gücləndirmək istəyir

Çin Qəzza başda olmaqla beynəlxalq mövzularda ərəb ölkələri ilə daha çox əməkdaşlıq etmək və əlaqələri gücləndirmək istədiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin lideri Xi Jinping Pekində keçirilən Çin-Ərəb Ölkələri Əməkdaşlıq Forumunda deyib.

Qəzzadakı müharibə ilə bağlı açıqlamalar verən Xi, müharibənin sonsuza qədər davam edə bilməyəcəyini və iki dövlətli həll yolunun dəstəklənməli olduğunu qeyd edib: “Dünya qarşısında harmoniyada yaşamağın yolu qarşılıqlı hörmətdir və davamlı təhlükəsizliyin əsası ədalətdir”.

Çin lideri Xi həmçinin Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Tunis prezidentlərinə, eləcə də Ərəb Liqasının digər ölkələrinin xarici işlər nazirlərinə də müraciət edib.

Çinin Qəzzada humanitar böhranın aradan qaldırılmasına və müharibədən sonrakı bərpaya dəstəyini davam etdirəcəyini bildirən Xi, Qəzzaya 69 milyon dollarlıq təcili humanitar yardım vəd edib.

O, bildirib ki, Çinin Qəzza bölgəsinə təcili yardımı dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə də 3 milyon dollar bağışlayacaq.

Bildirilir ki, Pekin dəfələrlə Fələstin-İsrail böhranının iki dövlət əsasında həllinə, dərhal atəşkəsə və Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olmasına çağırıb.

Çin də keçən ay Fələstinin Həmas və Fəth qrupları arasında danışıqlara ev sahibliyi edib. Ötən il Asiya ölkəsi İran və Səudiyyə Ərəbistanı arasında mühüm barışıq sazişinin imzalanmasında vasitəçilik edib.

Çinin eyni zamanda ərəb ölkələri ilə neft və təbii qaz da daxil olmaqla müxtəlif sahələrdə daha çox əməkdaşlıq edəcəyini, eləcə də daha geniş miqyaslı sərmayələr yatıracağını bildirib.

Qeyd edək ki, Çin, Körfəz ölkələri tərəfindən ixrac edilən neftin ən böyük alıcılarından biridir. Bu ticarətin təxminən 40 faizi Səudiyyə Ərəbistanının payına düşür.

 

 

 

 

Gununsesi.info