Çin ən güclü hərbi təyyarəsini ordunun istifadəsinə verib

  • Müəllif: admin
  • 10 Mart 2017 17:24

cinn

Çin Mərkəzi Televiziyası (CCTV) ilk dəfə açıq şəkildə “J-20” qırıcı təyyarəsini nümayiş etdirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq beşinci nəsil “J-20” qırıcı təyyarəsi Çin Xalq Qurtuluş Ordusunun Hava Qüvvələrinin arsenalına daxil edilib.

Belə ki, Çinin “J-20” qırıcı təyyarəsi radar sisteminə yaxalanmayan ABŞ-ın “F-22” və “F-35”, eləcə də Rusiyanın “T-50” döyüş təyyarələri kateqoriyasına aiddir.

Xəbərdə bildirilir ki, “J-20” təyarrəsinin bütün hissələri ölkə ərazisində istehsal olunur.

Qeyd edək ki, hazırda Çinin aparıcı təyyarə mühəndisləri yeni “J-31” qırıcısını hazırlayırlar.

Anar
Gununsesi.info