Çin 2030-cu ilə qədər Aya ayaq basa bilər

Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.

Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu qeyd edib.

Çin rəsmisi bildirib ki, proqram zamanı gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələr yerinə yetiriləcək.

“Bu missiya bəşəriyyətin Ay və Günəş sisteminin mənşəyi və təkamülü haqqında anlayışını dərinləşdirəcək və Çin Ay elminin inkişafına töhfə verəcək”, – deyə Lin vurğulayıb.

Qeyd edək ki, Çin daha əvvəl aprel ayında 2050-ci ilə qədər Ayda tam funksional tədqiqat bazası yaratmaq planını açıqlamışdı.

Gununsesi.info