Çin 50 milyon futbolçu yetişdirəcək

  • By admin
  • 22 Fevral 2017 12:52

cin-futbol

“Çin 2025-ci ilə qədər ölkədəki futbol akademyasının sayını 50 minə çatdırmağı planlaşdırır”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Çin Futbol Federasiyasının prezidenti Vang Dengfeng mətbuata açıqlamasında belə deyib.

Belə ki, federasiyasının prezidentinin sözlərinə görə, 2020-ci ilə qədər futbol akademyasının sayını 20 minə, 2025-ci ildə isə 50 minə çatdırmağı qarşılarına məqsəd qoyublar:

“Hər akademiyada ortalama min nəfərə təhsil veriləcək. Bunun nəticəsində 50 milyon futbolçunu yetişdirməyi planlaşdırıblar” – deyə, o, əlavə edib.

Qeyd edək ki, FIFA-nın reytinq cədvəlində 86-cı pillədə qərarlaşan Çinin hədəfi futbol sahəsində super gücə sahib olmaqdır.

Anar

Gununsesi.info