Çin ABŞ-ın sualtı gəmisini geri qaytaracaq

  • By admin
  • 17 Dekabr 2016 22:41

2-2-124

 

Çin Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus pilotsuz sualtı gəmini geri qaytarmağa qərar verib.

Gununsesi.info  “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bildirib.

İnsident dekabrın 15-də Cənubi Çin dənizində baş verib.

Pentaqonun mətbuat-katibi Piter Kuk daha əvvəl bildirib ki, pilotsuz sualtı aparat okeanoqrafiya məlumatlarının toplanması üçün istifadə olunur və beynəlxalq hüquqlara istinadən geri qaytarılmalıdır.

 

Gununsesi.info