
Çinin hərbi gəmisi beynəlxalq sularda ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Reuters” ağentliyi ABŞ-ın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.
Məlumata görə, hadisə dekabrın 15-də Cənubi Çin dənizində baş verib. Sualtı pilotsuz aparat ABŞ-ın “USNS Bowditch” okeanoqraf gəmisi tərəfindən suya buraxılıb.
Agentliyin məlumatına görə, ilk belə hadisə uzun müddət əvvəl baş verib. Həmin vaxtda da, sualtı pilotsuz aparat Çin hərbçiləri tərəfindən Subik Bey körfəzinin şimal-qərbində tutulmuşdu.
Gununsesi.info