Çin alimləri COVID-19-un daha ölümcül versiyasını hazırladı

  • By admin
  • 17 Yanvar 2024 17:59

2019-cu ildə ortaya çıxan və pandemiyaya çevrilən koronavirusun daha ölümcül versiyası Çin alimləri tərəfindən hazırlanıb.

Gununsesi.info xəbər verir ki, laboratoriya şəraitində hazırlanmış mutant Covid-19 virusu siçanlar üzərində sınaqdan keçirilib və daha öldürücü xüsusiyyətlərə malik olduğu müəyyən edilib. Pekin Kimya Texnologiyaları Universitetinin alimləri “GX_P2V” kodlu virusun insanlara keçmə riskini vurğulayıblar.

Sözügedən virusun 2017-ci ildə Malayziya panqolinlərində aşkar edilmiş koronavirusun mutasiyaya uğramış versiyası olduğunu bildirən elm adamları siçanlar üzərində aparılan təcrübədə 8 gün ərzində ölümə səbəb olduğu məlumatını paylaşıblar.

“GX_P2V”-nin sınaqdan keçirildiyi siçanların ağciyərlərindən sümüklərinə, gözlərindən nəfəs borusu və beyinlərinə qədər bir çox orqanlarını ciddi şəkildə zədələdiyi müşahidə edilib və ölməzdən bir gün əvvəl siçanların gözlərinin tamamilə ağardığı qeyd edilib.

Tədqiqatçılar, bu araşdırmanın siçanlarda Covid-19 ilə əlaqəli virusun ölüm nisbətinin 100 faiz olduğunu bildirən ilk araşdırma olduğunu ifadə edərək, bu araşdırmanın əvvəlki tədqiqatları üstələdiyini qeyd ediblər.

London Universitet Kollecinin Genetika İnstitutunun epidemioloqu Francois Balloux tədqiqatı “dəhşətli” və “elmi baxımdan tamamilə mənasız” kimi qiymətləndirib.

Gununsesi.info