Çin Azərbaycana 3 milyon dollar ayırdı

  • By admin
  • 26 Avqust 2017 13:35

valyuta dollar

Çin hökuməti Azərbaycana 3 mln. ABŞ dolları civarında qrant ayırıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq: “Əldə edilən razılığa əsasən, Çin hökuməti texniki yardım çərçivəsində fərdi evlərdə alternativ enerji stansiyalarının quraşdırılması üçün avadanlıqlar verəcək. Ümid edirik ki, gələn ilin əvvəlində həmin avadanlıqları əldə edəcəyik”.

C.Məlikov bildirib ki, avadanlılqlar “bir ev, bir stansiya” layihəsi çərçivəsində istifadə ediləcək.

Gununsesi.info