Çin bankları “Kəmər və Yol” layihəsi üçün investisiya axtarır - 10 MİLYARD DOLLAR VƏSAİT LAZIMDIR

  • By admin
  • 22 Avqust 2017 14:52

12

Çinin 4 ən böyük kommersiya bankı “İpek Yolu” olaraq da adlandırılan yeni “Kəmər və Yol” layihəsinin inşasını birgə reallaşmasına investor-tərəfdaş cəlb etməyi planlaşdırır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu layihənin icrasına başlamaq üçün ilkin olaraq ən azı 10 milyard dollar vəsait lazımdır.

Belə ki, Çinin böyüklüyünə görə ikinci bankı – “China Construstion Bank”ından bildirilib ki, yeni “Kəmər və Yol” layihəsinin inşasına başlamaq üçün ilkin olaraq ən az 100 milyard yuan (15 milyard dollar) vəsait ayıracaq: “Hazırda “China Construstion Bank”ı layihənin reallaşması məqsədiylə Çinin daxilində, həm də xaricində investorlarla danışıqlar aparır”.

Çinin ən böyük maliyyə-kredit təşkilatlarından biri “Bank of China”da oxşar məqsəd üçün təxminən 20 milyard yuan vəsait toplamağa çalışacağını bəyan edib.

Qeyd edək ki, Çinin daha iki – aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin “Sənaye və Kommersiya Bankı” (Industrial and Commercial Bank of China-ICBC) və “Çin Ziraat Bank”ı (Agricultural Bank of China Ltd) da oxşar məqsəd üçün vəsait toplamağa çalışacaqlarını bildiriblər.

Anar

Gununsesi.info