Çin BMT-ni Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmağa çağırıb

  • By admin
  • 29 Sentyabr 2019 14:28

Çin BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirəyə etməyə çağırıb.

Gununsesi.org-un “Ukrinform”a istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər naziri Van İ BMT Baş Assambleyasında çıxışında deyib ki, Təhlükəsizlik Şurası Koreya yarımadasında gərginliyin azalmasını nəzərə almalıdır.

Çin XİN rəhbəri yarımadada siyasi həll yollarının axtarılması üçün belə bir addımın atılmasını vacib sayıb. Van İ Şimali Koreyanın dialoqa hazır olduğunu nümayiş etdirdiyini vurğulayıb.

 

 

Gununsesi.org