Çin bu səbəbdən iki peykini orbitə çıxarıb

  • By admin
  • 16 İyul 2022 12:59

Çin “SuperView Neo” peyk qrupunu doldurmaq məqsədilə Yeri məsafədən zondlama üçün iki peykini orbitə çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

İyulun 16-da saat 06:57-də “Çançjen-2C” Taiyuan Kosmodromundan orbitə buraxılıb, “SuperView Neo-2-01” və “SuperView Neo-2-02” peyklərini nəzərdə tutulan orbitə uğurla çıxarıb”, – xəbərdə deyilir.

Korporasiyanın məlumatına görə, buraxılış geodeziya və kartoqrafiya sahələrində texnologiyalar hazırlayan və tətbiq edən, eyni zamanda peyk məlumatları təqdim edən aparıcı “China Siwei Surveying and Mapping Technology” şirkətinin törəmə şirkəti olan Çin Kosmik Texnologiyalar Akademiyası (CASC) tərəfindən həyata keçirilib.

“SuperView Neo 1-03” və “SuperView Neo 1-04” peykləri Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb. Hər iki peyk Yerin uzaqdan zondlanması üçün istifadə olunur.

Gununsesi.info