Çin CatGPT-ni qadağan etdi

  • By arzu
  • 28 Fevral 2023 13:49

Çin hökuməti Amerikan şirkəti “OpenAl”ın suni zəkanı propaqanda etmək üçün işlədə biləcəyi narahatlığı ilə ChaGPT adlı tanınmış söhbət proqramını bloklayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikirlərinə görə qadağa, ChatGPT Çin Kommunist Partiyasının ideologiyasına yad cavablar emal etməsindən qaynaqlanır.

HTML tutorial

Suni zəka dəstəkli ChatGPT-nin işlədilməsinin qadağan edilməsindən sonra ölkədəki istifadəçilər virtual özəl şəbəkə (VPN) və “Tencent”on WeChat sosial media tətbiqində üçüncü tərəf ixtiraçılar tərəfindən yayımlanan və ChatGPT-nin xidmət təqdim etdiyini iddia edən bir “mini proqram” ilə keçici həll yolu tapıblar.

Çin mediasında yazılan xəbərlərə görə, ölkədəki nizamlayıcı qurumlar texnologiya firmaları – Tencent və Ant Group-a (elektron ticarət nəhəngi “Alibaba”nın yan quruluşu) ChatGPT-yə əlçatımı məhdudlaşdırmaları öz söhbət robotlarını bazara sürməzdən öncə yetkililərə hesabat vermələrini istəyib.

Dövlətə aid media qurumu “China Daily” ChatGPT-nin “dezinformasiya yayma və qlobal izahları öz geoolitik istəkləri üçün manipulyasiya etmə mövzusunda Amerikan hökumətinə yardım əli uzada biləcəyini” yazır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info