“Cin çıxarmaq” adıyla qadınlarla yatağına saldı -TÜRKİYƏDƏ ŞOK OLAY

  • By admin
  • 17 Noyabr 2016 10:18

 

cinbala

unsesi.infoTürkiyənin Aydın vilayətinin polisləri “cin çıxarmaq” adı altında insanları aldadan bir şəxs barəsində çoxsaylı şikayət qəbul edib. Gununsesi.info-nun türk mediasına istinadən xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, 2 il əvvəl Aydında məskunlaşan Çingiz Ergin kiçik qızlar da daxil olmaqla bir çox qadını aldadaraq onlardan pul alıb. Belə ki, o “gözləriniz çox gözəldir, sizə nəzər duası yazacağam” deyərək qadınlarla səmimiyyət qurduqdan sonra deyirmiş ki, guya onların içinə cin girib. Çingiz Erginin kiçik qızları aldadaraq cinsi təcavüz etdiyi və onları şantajla qorxutduğu da ortaya çıxıb. Polis, həmçinin, onun bir qadından 10 min lirə (təxminən 5 min manat) dəyərində olan qızıllarını və mobil telefonunu aldığını da aşkarlayıb. Çingiz Erginin Ankaraya qaçdığını öyrənən polis heyəti bu barədə paytaxtdakı təhlükəsizlik orqanlarına məlumat verib. Ergin Kızılay küçəsində bankomatdan pul çəkərkən tutulub və Aydın polisinə təhvil verilib.

Nigar

Gununsesi.info