Çin beynəlxalq maliyyə bazarlarının stabilliyinin qorunması üçün addımlar atacaq.
Gununsesi.info xəbər verir ki, bunu Dünya İqtisadi Forumunda çıxışı zamanı Çin Baş naziri Li Ketsyan söyləyib. Onun sözlərinə görə, maliyyə stabilliyinin dəstəklənməsi üçün Çin qlobal iqtisadiyyata təsir etməyə hazırlaşır.
Qeyd edək ki, Breksitdən sonra dünya fond bazarlarında kəskin ucuzlaşma yaşanıb. Bu, Çin bazarlarına xüsusilə təsir edib. Çinin Honkonq fond bazarı 6%-dən çox ucuzlaşıb.