Çin dünyada bir ilki bacardı – Metanla işləyən raket kosmosa buraxıldı

  • By admin
  • 13 İyul 2023 10:51

Çin dünyada bir ilki bacarıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, metanla işləyən raket hazırlayan rəsmi Pekin onu kosmosa göndərib.

Bütün dünyada bu tarixi uğur diqqətlə izlənilib.

Dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” adlı raketi maraqla qarşılanıb.

50 metr uzunluğu və 3,3 metr radiusu olan raketin 4-6 ton yük daşıma bacarığı var.

Çindən öncə Amerikada metan və maye oksigenlə işləyən raketlər hazırlansa da, ilk sınaqları uğursuz olmuşdu.

 

Tərcümə: Arzu

Gununsesi.info