Çin gəmisi Yaponiya sahillərində batdı

  • By admin
  • 25 Yanvar 2023 09:35

Çinin yük gəmisi Yaponiya sahillərində batıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, azı 18 ekipaj üzvü itkin düşüb.

Onların xilasedici qayıqlarla uzaqlaşdığı ehtimal olunur. Hələlik yalnız 4 ekipaj üzvü xilas edilib.

Ümumilikdə, ilkin məlumatlara görə, gəmidə Çin və Myanma vətəndaşları da daxil olmaqla, 22 nəfər olub.

Detallar araşdırılır.

Gununsesi.info