Çin hakimiyyəti Gürcüstanla vizasız rejim yaratmaq qərarına gəlib.
Gununsesi.info Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, artıq Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər.
“Bu, həmvətənlərimizin Çinə səyahətini asanlaşdıracaq və Gürcüstan və Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı üçün yeni imkanlar yaradacaq mühüm qərardır”, – baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, bu qərar Tbilisi ilə Pekin arasında ötən il imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir mühüm praktiki nəticəsidir.
Gununsesi.info