Çin hərbi büdcəsini yenidən artırır

Çin 2023-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 1,553,7 milyard yuana (225 milyard dollar) çatdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Konqresinin (ən yüksək qanunverici orqan olan Ümumçin Nümayəndələr Yığıncağının) 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində deyilib.

Ötən il hərbi xərclər 7,1% artaraq 1,45 trilyon yuana, 2021-ci ildə isə 6,8% artaraq 1,356 trilyon yuana (təxminən 209 milyard dollar) çatmışdı.

Pekin 8 ildir ki, müdafiə büdcəsini artırıb. Buna baxmayaraq, ABŞ isə hər il 4 dəfə daha çox pul xərcləyir. Büdcə artımı Pekin və Vaşinqton arasında Ukrayna müharibəsi, Tayvan məsələsi və son casus şar dastanı ilə bağlı gərgin münasibətlər fonunda baş verib.
Tərcümə: Adil
Gununesi.info