Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib

  • By admin
  • 28 May 2017 21:20

zavod-neft-qaz

 

Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Pekin  2017-ci ilin yanvar ayından başlayaraq İran şirkətlərindən alınan neft-kimya məhsulları ilə əlaqədar İran şirkətlərinə vəsait ödənilməsinə  qadağa qoyub.

İranın neft-kimya məhsullarının 40 faizi məhz Çinə ixrac olunur. Çinə satdıqları malların pullarını ala bilməyən İran şirkətləri çətin duruma düşüb və məsələ ilə əlaqədar İran prezidentinin birinci müavini İshaq Cahangirzadəyə məktub yazıb.

İran ABŞ və Səudiyyə Ərəbistanının təzyiqi ilə Çinin İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdiyi qənaətindədir. İran iqtisadiyyat naziri problemin müzakirəsi və aradan qaldırılması üçün dünən Çinə səfərə yollanıb.

 

Gununsesi.info