Kanada Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məhkəməyə müraciət etmək məcburiyyətində qalan Çinə qarşı birtərəfli və repressiv tədbirlər görür.
Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Bu müraciətə səbəb Kanada hakimiyyətinin Çinin elektriklə işləyən avtomobillərinə 100 faiz rüsum tətbiq etmək qərarı olub.
Pekin bu cür addımları bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinin pozulması, qlobal təchizat zəncirlərini sarsıdan və təhrif kimi qiymətləndirir.
Bununla bağlı Çin hakimiyyəti Kanadanı faktlara hörmət etməyə, ÜTT qaydalarına əməl etməyə və yanlış yola getməməyə çağırıb.
Öz növbəsində, ÇXR Çin müəssisələrinin qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini vəd edir.