Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək

  • By admin
  • 15 Fevral 2020 19:33

Çində “koronavirus” adı ilə bilinən “COVID-19” virusunun simptomlarını gizlədənlərə və ya xəstənin əsl vəziyyəti haqqında informasiyanı təhrif edənlərə qarşı edam cəzası tətbiq oluna bilər.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “DW” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, öz səfərlərini və səyahətlərinin tarixini gizlədənləri də cinayət məsuliyyəti gözləyir. İnfeksiyanın qaynağı ola biləcək və virusun yayılmasına şərait yaradan insan dərhal ictimai təhlükəsizliyə qarşı sui-qəsddə ittiham ediləcək. Onlar qarşı ya 10 illik və ya ömürlük həbs cəzası, hətta edam hökmü icra edilə bilər.

Çinin səhiyyə üzrə milli komissiyası öskürək, hərarət və virusla bağlı olan digər əlamətlərə malik vətəndaşlara avtobus, qatar və təyyarələrdə səyahtələrini qadağan edib. Bundan başqa epidemiya ocağından, yəni Uhan şəhəri və ya Hubey vilayətindən geri dönən vətəndaşlar 14 gün həkim nəzarətində evdə qalmalıdırlar. Karantindən imtina edənləri ciddi cəza gözləyir.

Çində bir çox istehsal müəssisələrinin fəaliyyəti artıq dayanıb. Nəqliyyat naziri Lü Syaomin hazırda ölkədaxili səyahətlərin günlük normal həcmin sadəcə beşdə birini təşkil etdiyini söyləyib. Son məlumatlara əsasən koronavirus Çində 1500-dən çox insanın həyatına son qoyub, 66 min şəxs isə bu virusun daşıyıcısı kimi qeydə alınıb.

 

Gununsesi.org