Dünyanı bürümüş koronavirus pandemiyası Çin iqtisadiyyatına mənfi təsirlərlə yanaşı müsbət təsirdə göstərib.
Gununsesi.org xəbər verir ki, mart ayından bəri Çin ölkə xaricinə 18,9 milyard dollarlıq tibbi ləvazimatlar satıb.
Bu ləvazimatlar arasında 50,9 milyard maska, 216 milyon qoruyucu geyim, 162 milyon test, 72 min 700 ədəd tənəffüs aparatı var.
Belə ki, Çinin əsas alıcıları ABŞ, İtaliya, Almaniya, Fransa və Yaponiya olub.
Digər tərəfdən, çinlilərin Almaniyaya satdığı maskaların 1/5-nin saxta olduğu müəyyən edilib. Almaniyanın Səhiyyə Nazirliyi qoruyucu maskaların standartdan kənar olduğunu açıqlayıb.
Türkiyə, Böyük Britaniya, Niderland, Avstraliya kimi ölkələrin də Çindən aldığı müəyyən tibbi ləvazimatların qeyri-standart olduğu bildirilmişdi.
Gununsesi.org