Çin lideri Trampın dəvətini rədd etdi

  • By admin
  • 13 Dekabr 2024 11:44

 

Çin Xalq Respublikasının sədri Ci Sinpin ABŞ-nin yeni seçilmiş Prezienti Donald Trampın onun andiçmə mərasimində iştirakla bağlı dəvətini qəbul etməyib.

 

Gununsesi.info xəbər verir ki, Məlumatı “CBS News” açıqlayıb.

 

Bildirilib ki, Çin lideri ABŞ-yə getməyəcək və qonaq qismində tədbirdə iştirak etməyəcək.

 

Onun əvəzində Trampın inauqurasiyasına Çinin ABŞ-dəki səfiri və həyat yoldaşı qatılacaq.

“CBS News”un mənbələri, həmçinin qeyd edib ki, səfirlə yanaşı tədbirdə Çindən bir neçə rəsmi qonaq da iştirak edə bilər.

 

Xatırladaq ki, dünən D.Trampın çinli həmkarını öz inauqurasiya mərasiminə dəvət etdiyi məlum olub.

 

Günay Mahirqızı

Gununsesi.info