Çin liderinin ABŞ səfəri: Baydenlə danışıqlar aparacaq

Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək və ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün çərşənbə axşamı San-Fransiskoya gedib.

Gununsesi.info xəbər verir ki, Çinin “Sinxua” xəbər agentliyinin məlumatına görə, Çin prezidentini San-Fransisko beynəlxalq hava limanında Kaliforniya qubernatoru Gavin Nyusom, ABŞ-ın maliyyə naziri Canet Yellen və digər ABŞ rəsmiləri qarşılayıb.

Ölkələr arasında geosiyasi və iqtisadi rəqabətin yaratdığı ağır beynəlxalq vəziyyət və Çin və ABŞ arasında mürəkkəb münasibətlər fonunda Si Cinpinin ABŞ-a səfəri bütün dünyanın diqqətini cəlb edib.

Si Cinpinin Co Baydenlə gözlənilən danışıqları iki dövlət başçısı arasında 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında görüşdüklərindən sonra ilk görüşdür. Bu il Ağ Evin rəhbəri Yeni Dehlidə keçirilən G20 sammitində iştirak edib, Çin lideri isə bu tədbirə gəlməyib.

Gununsesi.info