Rusiya ilə Ukrayna arasında müharibə təxminən 2 ildir davam edərkən, əndişə yaradan bir iddia ortaya atılıb.
Gununsesi.info xəbər verir ki, Çin mərkəzli media şirkəti “Tencent” Ankara ilə Moskva arasında gərginliyi artıran bir proses olduğuna diqqət çəkib. Buna səbəb kimi Ankaranın son həftələrdə Böyük Britaniya donanmasının istifadə etdiyi “Sandaun” sinifli mina aşkarlama və məhv edən gəmilərin boğazlardan keçməsinə icazə verməsi göstərilib.
Çin mediası Türkiyənin Qara dəniz və Boğazlar üçün atdığı bu addımın Rusiyadan reaksiya verdiyini yazarıb. “Bu vəziyyət Türkiyə ilə Rusiya arasındakı mürəkkəb münasibətlər üçün mühüm dönüş nöqtəsidir”, – deyə qeyd edilib. Montrö müqaviləsindən istifadə edərək boğazları döyüş gəmilərinin üzünə bağlayan Türkiyənin bu addımının sürpriz olduğunu bildirən Çin mətbuatı, “Türkiyənin “Sandaun” sinifli gəminin keçməsinə icazə verməsi Rusiyaya qarşı düşünülməmiş addım idi. Rusiya prezidenti bu prosesdən çox narahat görünür” ifadələrini yazıb.
Digər tərəfdən, Türkiyənin müəyyən şərtlərlə Rusiya döyüş gəmilərinin keçməsinə icazə verdiyi xatırladılıb və “Rusiya rəsmiləri bu prosesə açıq şəkildə cavab verməməyi seçdi. Görünür, Moskva bu gərginliyi artırmaqdan qəsdən qaçdı. Putin Rəcəb Tayyib Ərdoğanın bu həmlələrindən qəzəbləndi və təkbətək görüşlərində “cavab tələb etməsi mümkündür” də iddia edilib. Çin mediası da “Türkiyə Rusiyanı kürəyindən bıçaqladı” ifadəsini işlədib.
Beynəlxalq ictimaiyyətin Türkiyə və Rusiyanın addımlarını yaxından izləyəcəyi də bildirilib.
Gununsesi.info