Çin növbəti dəfə ABŞ-ın tələbini rədd edib

ABŞ-ın Çin Xalq Respublikasına (ÇXR) iki ölkənin müdafiə nazirlərinin Sinapurda keçiriləcək sammitdə görüş təklifi Pekin administrasiyası tərəfindən rədd edilib.

Gununsesi.info xarici mediaya istinad verdiyi xəbərə görə bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder açıqlama verib.

“Çin Xalq Respublikası Birləşmiş Ştatlara mayın əvvəlində iki ölkənin müdafiə nazirlərinin bu həftə Sinqapurda görüş dəvətimizi rədd etdikləri barədə məlumat verib”.

Rayder, ABŞ Müdafiə Nazirliyinin rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün Vaşinqton və Pekin arasında kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə “qəti inandığını” vurğulayıb.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi isə açıqlamasında bildirib ki, Çin Xalq Respublikasının, ABŞ Müdafiə naziri, Baş Qərargah rəisi və ya nazirliyin digər rəsmilərinin kommunikasiya dəvətlərini rədd etməsi ilk dəfə deyil.

 

Gununsesi.info