Çin paradda öz silahlarını nümayiş etdirəcək

  • By admin
  • 24 Sentyabr 2019 20:36

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində təşkil olunacaq hərbi paradda yalnız yerli istehsal silah və hərbi texnika nümayiş olunacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə hərbi paradın təşkilat komitəsinin sədr müavini, general-mayor Tan Min Pekində keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, ölkənin və dünyanın ən böyük meydanlarından biri hesab olunan Tiananmendə keçiriləcək hərbi parad 80 dəqiqə davam edəcək. Həmin paradda bəzi silah və texnika ilk dəfə təqdim olunacaq. Təxminən 15 min hərbçinin cəlb olunacağı paradda 160 hərbi təyyarə və 580 hərbi texnika nümayiş ediləcək.

Çin Mərkəzi Hərbi Şurasının rəsmisi general-mayor Çay Cicün deyib ki, son illərin ən böyük hərbi paradında Çinin ötən 70 ilində əldə etdiyi hərbi nailiyyətlər təqdim olunacaq.

 

 

Gununsesi.org