Çin parlamentinin Daimi Komitəsinin rəhbəri Azərbaycana səfər edəcək

  • By admin
  • 16 Sentyabr 2019 20:26

Çinin Milli Xalq Konqresinin Daimi Komitəsinin sədri Li Çjanşu sentyabrın 19-dan 28-dək Azərbaycan, Qazaxıstan və Rusiyaya rəsmi səfərlər edəcək.

Bu barədə Gununsesi.org “Sinhua” agentliyinə istinadən xəbər verir.

HTML tutorial

Li Çjanşu Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov, Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı Li Çjanşu Qazaxıstanda keçiriləcək Avrasiya ölkələri parlamentlərinin sədrlərinin 4-cü iclasında və Rusiyada keçiriləcək əməkdaşlıq üzrə Çin-Rusiya parlamentlərarası komissiyasının 5-ci iclasında iştirak edəcək.

 

Gununsesi.org