Çin polisi cinayətkarları “ağıllı” eynəklə tanıyacaq

  • By admin
  • 07 Fevral 2018 19:22


Çinin Xenan əyalətində polislər iş prosesində sifətin tanınması funksiyasına malik eynəkdən istifadəyə başlayıblar.

Gununsesi.info xəbər verir ki, yeniliyin köməyi ilə artıq bir neçə qanun pozucusunu saxlamaq mümkün olub:

Məlumata görə, eynək insan sifətini qeydə alır, bundan sonra informasiyanı axtarışda olan insanların siyahısı ilə müqayisə etmək üçün ümumi məlumat bazasına göndərirlər.

Gununsesi.info