Çin prezidenti Putindən Ukraynaya hücum etməməyi xahiş edib

  • By admin
  • 22 Yanvar 2022 18:48

Çin prezidenti Si Cinpin Rusiyanın Ukraynaya müdaxiləsinin Çini diplomatik münaqişəyə sürükləməsindən narahatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentlik öz mənbəsinə istinadən qeyd edib ki, Vladimir Putinlə bu yaxınlarda söhbəti zamanı Si Cinpin ondan Pekin Olimpiadası zamanı Ukraynaya müdaxilə etməməyi xahiş edib.

Qeyd edək ki, oyunlar fevralın 4-dən 20-dək keçiriləcək.

“Bloomberg”in məlumatına görə, Çin prezidenti Putinin ABŞ və Avropa ilə qlobal böhran yaratmaqla Çin üçün vacib hadisəyə kölgə salmasını istəmir.

Çin Xarici İşlər Nazirliyi yanvarın 14-də keçirdiyi brifinqdə xatırladıb ki, bütün ölkələrdən BMT-nin Olimpiya Oyunlarının başlamasına yeddi gün qalmış və Paralimpiya Oyunlarının bitməsindən yeddi gün sonra qüvvədə olan Olimpiya barışığı haqqında qətnaməsinə əməl etmək tələb olunur.

 

 

Gununsesi.info

 

Agentliyin digər iki mənbəsi Rusiyanın “tam miqyaslı hücuma başlaya bilməyəcəyini” iddia edir, lakin Rusiya hakimiyyəti bunun əvəzində fevralın ortalarında Ukraynada “daha ​​məhdud işğala” başlaya bilər. Agentliyin həmsöhbətləri əlavə ediblər ki, buna paralel olaraq kiberhücumlar da daxil olmaqla, digər “Ukraynada sabitliyi pozmaq cəhdləri” həyata keçirilə bilər.