Çin Rusiya və digər ölkələrdən neft idxalını azaldıb

  • By Günel
  • 20 Mart 2025 09:01

Yanvar-fevral aylarında Çin Rusiya neftinin idxalını illik müqayisədə 12,6 % azaldaraq 15,47 milyon tona endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

İdarənin elektron sistemindəki yenilənmiş məlumatlara görə, Rusiyadan neft tədarükünün dəyəri 17,5 % azalaraq 8,36 milyard dollar təşkil edib. Rusiya hələ də Çinə neft tədarük edən onlarla ölkə arasında birinci yerdədir.

Siyahıda Rusiyadan sonra iki ayda Çinə 11,65 milyon ton (13,5 % azalma) satan Səudiyyə Ərəbistanı gəlir. Üçüncü yerdə İraq (10,3 milyon ton), üçüncü yerdə Malayziya (9,87 milyon ton) və Oman (6,06 milyon ton) gəlir.

Baş Gömrük İdarəsinin məlumatına görə, Çin 2024-cü ildə digər ölkələrdən neft tədarükünün həcmini 1,9 % azaldaraq 553,41 milyon tona endirib. Bununla yanaşı, Rusiyadan idxal 12 ayda 1,3 % artaraq 108,47 milyon ton təşkil edib.

Gununsesi.info